İranın ən böyük dəniz limanı kiberhücuma məruz qalıb

32

İran hakimiyyəti ölkənin ən böyük dəniz limanı olan “Bəndər-Abbas”a kiberhücum cəhdinin olduğunu bildirib.

“APA-Economics”in “Securitylab”a istinadən verdiyi məlumata görə, hücum uğursuz olsa da, hadisə nəticəsində bir neçə kompüterə ziyan dəyib. Hadisənin təfərrüatları açıqlanmır.

Hücum keçən həftə baş versə də, Xormozqan əyalətinin rəhbərliyi insidentin olduğunu inkar edib.

Qeyd edək ki, Oman körfəzində mayın 10-da keçirilən təlimlər zamanı “Konarak” korvetin heyətinin 19 üzvü həlak olub. Səhvən atəşə tutulan gəmini bir çoxları kiberhücumla əlaqələndirib. Yalan şayiələrin yayılmaması üçün Tehran “Bəndər-Abbas” limanın kiberhücuma məruz qaldığını rəsmi olaraq açıqlamağa məcbur oldu.

“Ilna News”un xəbərinə görə, İranın Yol və Şəhər İnkişaf nazirinin köməkçisi Məhəmməd Rəstad qeyd edib ki, kiberhücum zamanı cinayətkarlar yalnız bir neçə özəl əməliyyat sisteminə zərər vura bilib.