“Şahdəniz”də qaz hasilatı 9% artıb

32

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından təqribən 4,7 mlrd. standart kubmetr qaz hasil edilib, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 9,3% çoxdur.

“APA-Economics”in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-c ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda 1 mln. ton (7,7 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin I rübündə hasil edilən kondensat həcmlərinə bərabərdir.

Məlumata əsasən, hasilat “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından aparılıb.

Hesabata əsasən, 2019-cu ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 219 mln. dollara yaxın əməliyyat xərcləri və 219 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.