İndoneziyanın Belavan limanında neft tankerindəki yanğında 7 nəfər ölüb

34

İndoneziyanın Şimali Sumatra əyalətindəki Belavan limanında “Caq Leela” neft tankerində baş vermiş yanğın qəzasında ölən yeddi nəfərin şəxsiyyəti müəyyən edilib.

Trend-in məlumatına görə, gəmidə təmir işləri aparan 7 işçi yanğın baş verərkən xilas ola bilməyiblər.

Şimali Sumatra Polis İdarəsinin sözçüsü Tatan Atmaca meyitlərin gecə saatlarında ailələrinə çatdırılacağını bildirib.

Limanın “Varuna Shipyard” təmir dokunda dayanan neft tankerindəki yanğın zamanı xəsarət alan daha 22 nəfər işçi yerli xəstəxanaya yerləşdiriliblər.