Gürcüstanda yeni limanın inşası bərpa olunur

59

Gürcüstanda Poti limanının əsaslı şəkildə yenidən qurulması üzrə işlər yaxın günlərdə bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, layihəyə ABŞ fondu birbaşa investisiyalar yönəldəcək: “Layihəyə artıq start verilib. Artıq 30 milyon dollar vəsait köçürülüb. Layihənin ümumi dəyəri isə 93 milyon dollar təşkil edir”.

Qeyd edək ki, ötən ilin mayında Gürcüstan hökumətinin qərarı ilə Poti şəhərində yeni limanın inşası ilə bağlı müvafiq icazə ləğv olunub.