TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar cüzi azalıb

307

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12,53 mln ton, yük dövriyyəsi isə 2,64 mlrd ton/km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3% və 1% azalma müşahidə olunub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Məlumata görə, yüklərin 8,05 mln tonu və ya 64,3%-i avtomobil nəqliyyatı, 3,22 mln tonu və ya 25,7%-i dəmir yolu nəqliyyatı, 1,26 mln tonu və ya 10%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,6%-ini və ya 2,2 mln tonunu tranzit yüklər təşkil edib.