ASCO-nun “qaynar xətti”nə 244 zəng daxil olub

287

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər poliklinikası” MMC-də koronovirusla bağlı yaradılmış (050) 274 30 82 nömrəli “qaynar xətt”ə 28 fevraldan 18 maya qədər ümumilikdə 244 zəng daxil olub. 

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Məlumata görə, onlardan 117-si koronavirus və karantin, 127-si isə müxtəlif suallarla əlaqəli olub. Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

Bundan başqa, indiyədək “Dənizçilər poliklinikası”nda indiyə qədər 554 nəfər koronavirusla bağlı tesdən keçib. Onlardan 512 nəfər dənizçi, 42 nəfər sərnişin olub.

“Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunur və müraciətlər operativ şəkildə cavablandırılır.