“Laçın” tankeri ilk səfərinə yollanıb

77

Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gəmiqayırma Zavodunda tikilib və artıq ilk səfərini həyata keçirir.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Kulevi limanına istiqamət alıb. Oradan isə Türkiyəyə doğru yola düşəcək.

Qeyd edək ki, daimi heyəti 14 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək.Tankerin uzunluğu 141, eni 16,9 metrdir.

 “Laçın” gəmisinin istismarına başlanması ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO)  Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, 3-ü tankerdir.