Çindən gələn ilk yük konteyner qatarı Türkmənistana çatıb

31

Türkmənistanın Nəqliyyat və Logistika Mərkəzi, Qazaxıstan “KTZ Express” və Çin “Xinjiang KTZ International Logistics Co.,Ltd” şirkətləri tərəfindən həyata keçirilən Çin-Türkmənistan dəmir yolu marşrutu üzrə ilk yük daşıyan qatar Türkmənistanın Qıpşak dəmiryol stansiyasına çatıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstandan tranzit keçən marşrut üzrə hərəkət edən yük qatarı 44 futluq konteynerdən ibarətdir.

Yeni Çin-Türkmənistan dəmir yolu marşrutunun ticarət və iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar açacağı və yük axınının həcminin artacağı gözlənilir.

Başlanğıc nöqtəsi Çinin Jinan Nan stansiyası olan marşrut, Qazaxıstan sərhəd məntəqələrindən (Xorqos, Altınkol və Bolaşak) keçərək son Qıpcak türkmən stansiyasına çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır