İsveç Hərbi Dəniz Qüvvələri modernləşdirilmiş A19 “HSwMS Gotland” sualtı qayığı əldə edib.
Ordu.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sualtı qayığın döyüş sistemləri modernləşdirilib. Bundan başqa ES-3701 elektron müharibə sistemləri (EW), həmçinin yeni idarəetmə, sensor və rabitə sistemləri əlavə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır