ABŞ-da məhkəmə “Titanik” gəmisindən radioötürücünün çıxarılması üçün əməliyyatın aparılmasına icazə verib.
Trend-in məlumatına görə, gəminin korpusunda işlərin 2020-ci ilin yayında başlaması planlaşdırılır.
Qeyd olunur ki, Markoni radioötürücüsü həm tarixi, həm elmi-tədris, həm də mədəni dəyərə malikdir.
Mütəxəssislər bildirir ki, işlər tezliklə başlamasa, qurğu tamamilə sıradan çıxa bilər.
Qeyd edək ki, Böyük Britaniyadan ABŞ-a yola düşmüş “Titanik” gəmisi 1912-ci ilin aprelində aysberqlə toqquşaraq qəzaya uğramışdı. Hadisə nəticəsində 1 500 nəfər həlak olmuşdu.