Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi açıqlanıb

33

Cari ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12,5 milyon ton, yük dövriyyəsi isə 2 milyard 635,5 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 8 milyon tonu və ya 64,3 faizi avtomobil nəqliyyatı, 3,2 milyon tonu və ya 25,7 faizi dəmir yolu nəqliyyatı, 1,2 milyon tonu və ya 10 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,6 faizini və ya 2 milyon 202,2 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır