Atlantik okeanda 5,9 maqnitudalı zəlzələ olub

51

Atlantik okeanda 5,9 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Müqəddəs Yelena adasının cənubunda, Afrika və Cənubi Amerika materikləri arasında, 10 km dərinlikdə yerləşib.

Sunami  təhlükəsi barədə xəbərdarlıq edilməyib.