ABŞ-da fəaliyyətdə olan qazma qurğularının sayı xeyli azalıb

51

ABŞ-da fəaliyyətdə olan neft-qaz qazma qurğularının sayı dalbadal 11 həftədir azalaraq müvafiq göstərici üzrə 1940-cu illərdən bu yana minimum həddə çatıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, “Baker Hughes” neft-qaz şirkətinin verdiyi məlumata görə, qazma qurğularının sayı ötən il 983 olubsa, hazırda bu rəqəm 318-ə düşüb.

Mart ayının ortalarından etibarən yeni koronavirus pandemiyası ilə bağlı neftin kəskin ucuzlaşması səbəbindən ABŞ-dakı qazma qurğularının sayı sürətlə azalır.