Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 40 miqrant saxlanılıb

47

Türkiyədən dəniz yolu ilə qanunsuz olaraq Yunanıstana keçmək istəyən 40 qeyri-leqal miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər ölkənin Miqrasiya Xidmətinə təhvil verilib.

Rezin qayıq vasitəsilə ölkəni tərk etmək istəyən miqrantlardan 12-si qadın, 12-si isə uşaqdır. Onların əksəriyyəti Əfqanıstan vətəndaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır