Benin sahillərində dəniz quldurları tərəfindən girov götürülən rusiyalı dənizçilər sərbəst buraxılıb.
REN TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Rusiyaya məxsus “Tommi Riçer” konteyner gəmisi aprelin 19-da dəniz quldurları tərəfindən girov götürülüb.
Rusiyanın Nigeriyadakı səfirliyindən verilən məlumata görə, azad edilən üç dənizçi artıq vətənə yola salınıb. Onların vəziyyəti qənaətbəxşdir.