“Palmali Holding” müflis olması xəbərini təkzib etdi

47

“Palmali Holding”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır. Bunu şirkətin ictimai əlaqələr departamentinin rəhbəri Fidan Quliyeva bildirib.

AKTUAL TV xəbər verir ki, Fidan Quliyeva bunları bildirib:

“Belə qeyri-ciddi məlumatı yayan saytlar “Palmali” şirkətinin mövqeyini heç öyrənməyə cəhd etməyiblər. Bu da onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir. Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq.”