“Fatih” gəmisi 15 günə axtarış-arama işlərinə başlayacaq

252

  İstanbuldan Türkiyə prezindeti Rəcəb Tayyib Ərdoğanın yola saldığı ilk yerli qazma gəmisi “Fatih” Trabzon sahillərinə yaxınlaşıb.

  Qaradənizdə qazma fəaliyyətlərini reallaşdırmaq üçün İstanbulun fəthinin 567-ci ildönümü günü – 29 may tarixində səfərə çıxan “Fatih”i Trabzon valisi İsmayıl Ustaoğlu, Böyükşəhər bələdiyyə sədri Murad Zorluoğlu, Rayon Təhlükəsizlik İdarəsinin müdiri Metin Alper, Sahil Təhlükəsizlik Şərqi Qaradəniz Qrupunun komandiri, podpolkovnik Murad Sezgin və digər səlahiyyətli nümayəndələr qarşılayıb.

  Vali Ustaoğlu: “Fatehin fəth etdiyi, Yavuzun idarə etdiyi, Qanuninin doğulduğu Trabzona xoş gəldiniz. Rəbbim yar və köməkçiniz olsun”, – deyə səslənib.

  Jurnalistlərin suallarını cavablandıran İsmail Ustaoğlu Qaradənizdə axtarış-arama fəaliyyəti göstərəcək “Fatih” gəmisinə əlavə parçaların da birləşdıriləcəyini, və gəminin 15 günə axtarış-arama işlərinə başlayacağını deyib.