Türkiyə ilə Liviya Aralıq dənizində kəşfiyyat sahəsində əməkdaşlığı inkişaf etdirir

236

Türkiyə və Liviya kəşfiyyat və qazma sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Türkiyə və Liviya, Şərqi Aralıq dənizindəki yataqların kəşfiyyatı və qazılması məsələsi də daxil olmaqla, əməkdaşlığı dərinləşdirməyi planlaşdırır”, – deyə “İnterfaks” onu da bildirib.

Qeyd edək ki, Ərdoğanın Liviya Milli Razılaşma Hökumətinin (PNS) Baş naziri Fayez Sarraj ilə görüşü Ankaradakı prezident sarayında keçirildi.