Xəzər yenidən Qərb və Rusiyanın çəkişmə məkanına çevrilir…

250

Son dövrlərdə şimal və cənub qonşularımızın Xəzər dənizinə yenidən aktiv surətdə yeni hərbi texnikalar cəmləşdirməsi müşahidə olunur. Məsələn, İran təkcə ötən il Xəzər dənizində 9 ədəd yarımağır gəmi yerləşdirib. Cari il ərzində də bu istiqamətdə İran müəyyən addımlar atmağa hazırlaşır.

Şimal qonşumuz da bu istiqamətdə fəal iş aparır. Bu xüsusda “National Interest” nəşri yazır ki, Rusiyanın Xəzərdə möhkəmlənməsi Qərb üçün müəyyən təhdidlər yarada bilər:“Son illərdə Rusiyanın Hərbi Dəniz Qüvvələri (HDQ) əslində kiçik regional, lakin yenə də çox təhlükəli, ölümcül hərbi gücə çevrilib. Elə son aylarda Rusiya yavaş-yavaş, amma sistematik olaraq öz donanmalarının gücləndirilməsi və modernləşdirilməsi üçün ciddi səylər göstərib. 2020-ci ilin sonuna qədər Rusiya Uzaq Şərqdə 15 yeni döyüş və dəstək gəmisi alacaq Sakit okean donanmasının (SOD) inkişafında böyük addımlar atıb. 15 yeni gəmi arasında “Qromki” çoxməqsədli korveti, “Petropavlovsk-Kamçatsk” dizel-elektrik sualtı gəmisi, “Yakov Balyayev”, “Raptor” antitəxribat gəmisi, “Andrey Stepanov” gəmisi və iki təcili xilasetmə qayığı var. Keçən ilin noyabr ayında Yapon dənizində bir sıra fərqli sınaqlara “Qromki” də qoşulub. Bu, Rusiyanın Sakit okean donanması üçün xüsusi olaraq hazırlanmış “Sterequçi” seriyasının bir hissəsi olaraq qayırılacaq yeddinci gəmidir. Rusiya HDQ komandanlığı 2021-ci ilə qədər bu sinfin 13 korvetinin təməlini qoymaq planlarını açıqlayıb. Bundan əlavə, sualtı qayıqlar modernləşdirilib və Uzaq Şərqdə əməliyyatlar üçün yeni sistemlərlə təchiz olunub. TASS xəbər agentliyi açıqlayıb ki, eyni zamanda, Sakit Okean Donanmasının sualtı güclərini 4-cü nəsil nüvə sualtı gəmiləri ilə təchiz, həmçinin, sahil infrastrukturunun inkişaf etdirmək planlaşdırılıb. Hərbi islahatlar çərçivəsində Qara dəniz və Baltik, eləcə də Xəzər donanmalarında da böyük uğurlar əldə edilib. Bundan əlavə, Şimal donanmasına bir neçə sualtı qayıq və döyüş gəmisi göndərilib. Cari il ərzində Rusiya Xəzərə yeni hərbi gəmilər əlavə etməyi düşünür. Qeyd edilənlər fonunda Rusiyanın bu ilin sonuna qədər Xəzərdə, Baltikdə, okean və sahil sularında işləyə biləcək yüksək effektiv və tammiqyaslı dəniz qüvvələrinə çevirmək niyyətində olduğu aydındır”. Bununla yanaşı, qeyd edilir ki, Moskvanın hərbi müstəvidə belə güclənməsi Xəzər və digər istiqamətlərdə Qərb üçün təhdid yarada bilər. Hesab edilir ki, Qərb buna adekvat cavab vermək istəsə, Xəzər yenidən Qərb və Rusiya arasında çəkişmə obyektinə çevrilə bilər.

Mənbə:https://www.baki-xeber.com/siyaset/102916.html