Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məktub ünvanlayıb.
Məktubda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkələrimiz arasındakı həmrəyliyə verdiyi töhfəyə görə ASCO-ya təşəkkür ifadə olunub. Qeyd edilib ki, pandemiya səbəbindən sərhədlər bağlı olduğundan Azərbaycanda qalan Qazaxıstan vətəndaşlarının bu ölkəyə yola salınmazdan öncə koronavirusa qarşı təmənnasız testdən keçirilməsinə görə minnətdarlığımızı bildiririk.
Mənbə:https://asco.az/qazaxistanin-olkemizdeki-sefirliyi-asco-ya-tesekkur-edib/