Son bir həftə ərzində Türkiyədə 381 qanunsuz miqrant saxlanılıb

290

Son bir həftə ərzində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 381 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Türkiyə Sahil Mühafizə Xidməti yayıb.

Məlumatda qeyd edilir ki, sözügedən dövrdə qanunsuz miqrantların saxlanılması istiqamətində 14 əməliyyat keçirilib. Həmçinin miqrantlara kömək göstərməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır