Tunis sahillərində gəmi qəzası nəticəsində onlarla insan ölüb

236

Afrika ölkələrindən olan miqrantları daşıyan gəminin Tunis sahillərində qəzaya uğraması nəticəsində azı 61 insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Reuters” agentliyi bildirib.

Qeyd edilir ki, boğulanlar arasında uşaq da var. Agentliyin məlumatına görə, miqrant gəmisi ötən həftənin sonlarında Tunisin Kerkenna arxipelağından yola düşüb və İtaliya sahillərinə istqamət alıb.

Əvvəlcə bildirilirdi ki, hadisə zamanı gəmidə 53 nəfər olub.