Bu ilin ilk 5 ayında ölkədən 5 milyard 461,1 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 38,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 4 milyard 903,3 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 871 milyon 621 min dollar olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır