“Beynəlxalq Ordu Oyunları – 2020”nin planlaşdırılması üzrə videokonfrans keçirilib

65

İyunun 18-də Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin videoəlaqə vasitəsilə keçirilən onlayn konfransda beynəlxalq oyunların yarışların şərtləri və qaydaları və hazırlıq məsələləri müzakirə olunub.

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının bu il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır