Süveyş Körfəzinin cənubunda aparılan kəşfiyyat işləri zamanı neft ehtiyatı aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinin mətbuata açıqlamasında deyilir.
Məlumata görə, bu ərazidə ən azı 70 milyon barrel xam neft ehtiyatı var və yaxın gələcəkdə buradakı yataqdan gündəlik 2 min barrel hasilat mümkündür.
Qeyd olunub ki, Misir Baş Neft Korporasiyasının tərkibində olan “PetroGulf Misr” və daha üç şirkət ərazidə kəşfiyyat-qazıntı işlərini davam etdirir. Mütəxəssislər Süveyş Körfəzində daha çox neft ehtiyatları olduğu qənaətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır