Yer kürəsində ən təmiz havanın harada olduğu açıqlandı

57

Dünyanın ən təmiz havası Antarktidanı əhatə edən Cənub okeanının mərkəzindədir.

“Report” “Metro”ya istinadən xəbər verir ki, bu qənaətə amerikalı alimlər gəliblər.

Bölgənin təcrid olunması ilə əlaqədar orada indiyə qədər insan fəaliyyəti olmayıb.

Araşdırmanın həmmüəllifi Tomas Hillin sözlərinə görə, Cənub okeanı Yer kürəsində antropogen təsirə məruz qalmayan az sayda yerlərdən biridir. Belə ki, burada aerozol və digər çirkli maddələrə rast gəlinməyib.

Bildirilib ki, araşdırmaçılar havada yalnız sudan qalxmış “dəniz” bakteriyalarını aşkarlayıblar.

Qeyd edək ki, Cənub okeanının ada və qitələrlə cızılmış aydın sərhədləri yoxdur. O, özündə Atlantik, Hind və Sakit okeanların cənub hissələrini birləşdirir.