İran hərbi təlimlərdə yeni kruiz raketlərini sınaqdan keçirib

56

İran Hərbi Dəniz Qüvvələri bu gün səhər Hind okeanında keçirdiyi “Qorxmaz Ramazan şəhidləri” adlı hərbi təlimdə yeni kruiz raketlərini sınaqdan keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Müdafiə Nazirliyinin  istehsal etdiyi qısa və uzun mənzilli kruiz raketlərinin sınağı uğurlu olub.

Raketlər 280 km məsafədə dəniz hədəfini uğurla məhv edib.

Raketlərlə bağlı ətraflı məlumat verilməyib.