Konqoda gəmi qəzası nəticəsində 60-dan çox insan ölüb

270

Konqo Demokratik Respublikasının Ruanda ilə sərhədindəki Kivu gölündə gəmi qəzası zamanı 60-dan çox insan həlak olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Actualite” nəşri bildirib.

Əvvəlcə qeyd edilirdi ki, hadisə yerinə gələn xilasedicilər sudan 20 nəfəri çıxartmağa müvəffəq olub.

Nazirlər Şurasının məruzəsinə əsasən, Kivu gölündə gəminin çevrilməsi nəticəsində ölənlərin son sayı 61 nəfər təşkil edib. Cənubi Kivu əyalətinin nəqliyyat naziri bildirib ki, qəzaya gəminin normadan artıq yüklənməsi və güclü külək səbəb olub.