“Sredne-Nevsky” gəmiqayırma zavodu (Birləşmiş Gəmiqayırma Korporasiyasının bir hissəsi) 2020-2022-ci illərdə Rusiya Hərbi Dəniz Qüvvələrinə 5 ədəd “Proyekt 12700” sinfinə məxsus minaaxtaran gəmi təhvil verməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə gəmiqayırma zavodunun illik hesabatında qeyd olunub.
Hesabatda minaaxtaranların Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilmə müddəti göstərilib: 2020-ci ildə “Yakov Balyayev”, 2020-ci ildə “Georgi Kurbatov”, 2021-ci ildə “Pyotr İlyiçev”, 2022-ci ildə “Anatoli Şlemov” və 2022-ci ildə “No. 528” adlı gəmilər təhvil veriləcək.
Qeyd edək ki, gəmilər dənizdə və dəniz dibində təhlükəli zonaya girmədən rastlaşa biləcəyi minaları aşkarlaya bilir. Gəmilər minaları təmizləmək üçün uzaqdan idarə olunan avtonom sualtı dronlardan istifadə edə bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır