ABŞ Alyaskada neft qoruğunun böyük hissəsini hasilata açmaq niyyətindədir

79

ABŞ Prezidenti Donald Tramp administrasiyası Alyaska ştatında Milli neft qoruğunun ərazisinin böyük hissəsində neft hasilatına icazə verməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu təşəbbüs qoruğun təxminən 7,5 milyon hektar ərazisini və ya 82 faizini hasilat üçün aşa bilər. Bu qərar ABŞ-ın enerji təhlükəsizliyinin artırılması və yerli enerji ehtiyatları istehsalının artırılması üçün yol açacaq.

Qeyd edək ki, Alyaskadakı Milli neft qoruğunda 8,7 milyard barel neft ehtiyatının olduğu proqnozlaşdırılır.