Su Polisi Mingəçevirdə reyd keçirdi – FOTO/VİDEO

128

Su Nəqliyyatında Polis İdarəsi Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Mingəçevir şəhərində ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar reyd keçirib.

Mingəçevir və Varvara Su Anbarlarında, eləcə də, Kür çayında aparılan reydlərdə Su Nəqliyyatında Polis İdarəsinin şəxsi heyəti və katerləri, FHN-nin əməkdaşları iştirak ediblər.

Kür çayında keçirilən reydlər zamanı çayda üzmək, həmçinin, balıq tutmaq istəyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejimi müddətində qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb.

Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, karantin rejimi müddətində həm Kür çayının çimərlik hissələrində üzmək, eyni zamanda, balıq ovu ilə məşğul olmaq qadağandır. 

İdarədən bildirilib ki, belə reydlər mütəmadi olaraq aparılacaq.