Fars Körfəzində Səudiyyə və İran sərhədçiləri və balıqçıları arasında gərgin anlar yaşanıb

74

Səudiyyə Ərəbistanın Sahil Mühafizə Xidməti İranlı balıqçılara atəş açıb.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İranın Buşehr Sahil Mühafizəsi İdarəsinin rəhbəri Vəliyullah Rzayinejad məlumat verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanın Sahil Mühafizə Xidməti sərhədi keçdiklərini idda edərək, iranlı balıqçılara atəş açıblar.

Əlavə edilib ki, balıqçılardan ölən və yaralanan yoxdur.

Qeyd edək ki, 2017-ci ildə də Səudiyyə Ərəbistanın sularına daxil olduğu deyilən bir iranlı balıqçı Sahil Mühafizə Xidmətinin atəşi nəticəsində ölmüşdü. Eləcə də Səudiyyə Ərəbistanı 2016-cı ildə saxladığı 9 iranlı balıqçını iki ildən sonra İran tərəfə təhvil verib.