Qara dənizin Odessa sahil suları qatılaşıb yaşıl kiselə çevrildi

323

Qara dənizin Odessa yaxınlığındakı sahəsi yaşıllaşaraq qatılaşıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Odessa bölgəsinin Dövlət Qida və İstehlak Xidmətinin səhifəsində məlumat verilib. “Odessa sahilindəki su birdən-birə kisel kimi qatılaşıb və zümrüdü rəng alıb”, – məlumatda deyilir.

Üstəlik, bu dəyişikliklər sahildən çox uzaqda qeydə alınıb. Dənizkənarı çimərliklər və su ilə təmasda olanlar da yaşıllaşır.
Qeyd olunur ki, indi yüksək temperaturun təsiri altında dənizdəki yosunlar çürüməyə başlayır. Bu, dənizdəki suyun sıxlığının və rənginin dəyişməsinə səbəb olur. Bu cür suda çimmək olmaz, bu, sağlamlıq üçün təhlükəlidir. Bundan əlavə, bu cür suda balıq, midyə və digər dəniz heyvanlarını tutmağa da dəyməz – zərərli maddələr bədənlərinə yığılaraq onları yemək üçün yararsız hala gətirir.
Ancaq Odessa sakinləri baş verənlərə bir az şübhəylə yanaşırlar. “Kanalizasiya sularını dənizə axıdıb, sonra da üzlərinə təəccüb ifadəsi verirlər”, – şəhər sakinlərindən biri sosial şəbəkədə bildirib.