Hindistan və Yaponiya donanmaları Hind okeanında təlimlər keçirib

334

Yaponiya və Hindistan Hərbi Dəniz Qüvvələri Hind okeanında birgə təlimlər keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, manevrlərin məqsədi “qarşılıqlı anlaşmanı təşviq etmək”dir.

Təlimlərdə hər iki ölkədən iki gəmi olmaqla 4 hərbi gəmi iştirak edib.