“Bu, Türkiyənin ən böyük hərbi yük gəmisi olacaq”, M.Varank

71

Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank “Anadolu” çoxməqsədli amfibiya hücum gəmisinin Türkiyəni dənizlərdə qlobal gücə çevirəcəyini söylədi.

  Türkiyə Silahlı Qüvvələrinin (TSK) dənizlərdə hərbi hərəkat və yardım əməliyyat qabiliyyətlərini artıracaq “Anadolu” çoxməqsədli amfibiya hücum gəmisinin hazırlanma prosesinin son işləri Tuzlanın Sədəf tərsanəsində sürətlə davam edir.

  Müdafiə sənayesindəki yerlilik nisbətlərinin artmasına töhfə verəcək gəminin əsas vəzifəsi qüvvə paylaşımı və amfibiya hərəkatı olacaq.

  Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank Tuzlanın Sədəf tərsanəsinə gedərək gəminin istehsal işlərilə maraqlanıb. Çoxməqsədli amfibiya hücum gəmisinin Türkiyə Dəniz Donanması invantarına girəcək ən böyük hərbi yük gəmisi olacağını bildirən Varank Türkiyənin regional gücünü artıracaq bu “Anadolu” gəmisinin yerli tank və zirehli maşınlar olmaqla 100-ə yaxın amfibiya xidmət qrupu və 30-dan çox hava vasitəsini daşıya biləcəyini söyləyib.