Türkmənistanın enerji sektorunda ciddi kadr dəyişiklikləri

71
????????????????????????????????????

Ötən həftənin cümə günü Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun sərəncamları ilə ölkənin enerji sektorunun bir sıra vəzifəli şəxsləri dəyişdirilib.

Belə ki, Batır Amanov Batyr Türkmənbaşı neft emalı kompleksinin baş direktoru vəzifəsindən azad edilib. Türkmənistan prezidentinin digər sərəncamı ilə Amanov “Türkmənqaz” Dövlət Konserninin sədri təyin edildi.

Xatırladaq ki, “Türkmənqaz”ın rəhbəri eyni zamanda ölkə iqtisadiyyatında qazın xüsusi əhəmiyyəti nəzərə alınmaqla eyni zamanda Türkmənistanın Dövlət naziri hesab edilir.

Prezidentin sərəncamında o da qeyd olunub ki, indiyə qədər “Türkmənqaz” Dövlət Konserninin sədri olmuş Mırat Arçaev işində yol verdiyi çatışmazlıqlara görə tutduğu vəsifəsindən azad edilib.

Türkmənistan Prezidentinin digər sərəncamı ilə Roziyev Mərdan  “Türkmengeologiýa” Dövlət Şirkətinin sədri təyin edilib. Bu təyinatına qədər o, “Türkmengeologiýa”nın qazma işləri üzrə sədr müavini vəzifəsində çalışırdı.

Prezidentin sərəncamında göstərilib ki, “Türkmengeologiýa”nın keçmiş rəhbəri başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.