Nəqliyyat-ekspedisiya fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

76

Azərbaycan Respublikasının ərazisində iqtisadiyyatın və əhalinin nəqliyyat-ekspedisiya xidmətlərinə olan tələbatlarının təmin edilməsi, nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi, bu sahədə dövlət orqanları, nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Qanun layihəsi hazırlanaraq, İqtisadiyyat Nazirliyinin mütəxəssiləri ilə birlikdə müzakirə olunub.

Xidmətdən Trend-ə verilən məlumata görə, daşıyıcıların iştirakı ilə təcrübələr əsasında təkmilləşdirilən yekun layihə müvafiq dövlət prosedurlarından keçirilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Sözügedən Qanun layihəsi qəbul olunduqdan sonra yükgöndərən, yükalan, ekspeditor və daşıyıcı, bir sözlə nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları arasında yaranan münasibətlər qanunla tənzimlənəcəkdir.