Altı ayda Bakı Limanından aşırılan yüklərin həcmi 26,5 faiz artıb

115

Cari ilin yanvar-iyun aylarında Bakı Limanından aşırılan yüklərin həcmi ötən illə müqayisədə 26,5 faiz artıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, 6 ayda limandan 2,5 milyon tondan çox yük aşırılıb. Yüklərin 87 faizi tranzit yükləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır