“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək çıxarılan neft-kondensat həcmləri açıqlanıb

113

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il iyulun 1-dək ümumilikdə 541,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu vaxtadək AÇG-dən 512,6 milyon ton, “Şahdəniz”dən isə 28,6 milyon ton kondensat çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır