Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi

116

Türkiyənin Çanaqqala vilayətinin sahillərində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

Trend-in məlumatına görə, Ayvacık rayonu sahillərində gəmidə yanacaq çəninin yanması nəticəsində miqrantlar özlərini dənizə atıblar.

Sahil Mühafizəsi komandanlığı əməkdaşları müxtəlif ölkələrdən olan 27 qanunsuz miqrantları xilas edə bilib.

Miqrantlar sahil mühafizə gəmisinə götürülərək Kuchukkaya şəhərinə aparılıb.