Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu

340

“Qurban Abbasov” kran-montaj gəmisində yoluxan heyət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə aid deyil.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

“Gəmi ASCO-ya aid olsa da alyans müqaviləsi çərçivəsində uzunmüddətli “Caspian Marine Services” (CMS) şirkətinə icarəyə verilib. Həyət də həmin şirkətə aiddir. Bir daha bu xəstəliklə mübarizə aparan insanlara yastıqları yüngül olsun deyirik”-deyə, o bildirib.


***19:47

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

“Report” xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19- u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.