27 RUS GƏMİSİNƏ ƏL QOYAN KƏŞFİYYATÇIMIZ

89

Çar Rusiyası dağıldıqdan sonra bir qrup general çar Rusiyasını bərpa etmək üçün fəaliyyət göstərirdi. General Denikinin başçılığı ilə hərəkət edən ordu Şimali Qafqazı işğal edir və Azərbaycan Cümhuriyyətinə ultimatumlar göndərirdi.

Bolşeviklər Denikin ordusunu məğlub etdikdən sonra generallar gəmilərlə Xəzər dənizinə çıxırlar.

Bir gün 3 polkovnik Azərbaycan hökumətinə müraciət edərək Xəzərin Ənzəli limanında (İran ərazisi ) 27 Rusiya gəmisi olduğunu deyir. Onlara təhlükəsiz şərait yaradılmasını istəyən rus hərbçilərinə cavab veriləcəyi deyilir.

Nəsib bəyin göstərişi ilə gəmi heyətinin nümayəndələri ilə İrana aid hissədə, ingilislərin gözü qarşısında görüşə gedən Azərbaycan kəşfiyyatçısı generallara -“artıq gəmilər içindəki silah sursatla birlikdə Azərbaycan hökumətinə aiddir” deyir və hər gəmiyə asılması üçün 27 AZƏRBAYCAN bayrağı verir.

İranın, İngilislərin gözləri qarşısında rus bayraqları endirilir və gəmilərə Azərbaycan bayrağı asılır.

Nağı bəy Şeyxzamanlı davamında qeyd edir ki, gözlərim yaşla bu mənzərəni izləyirdim. Çünki Türkmənçay müqaviləsi ilə ruslar və iran arasında ikiyə parçalanmış Azərbaycanın övladı bir əmri ilə İran ərazisində rus bayraqlarını endirir və gəmilərə Azərbaycan bayrağını asdırırdı.
Vətənin övladı bir əmri ilə Türkmənçay müqaviləsini parça-parça etmişdi.
Bu xalqımızın qələbəsi idi.
P. S. Xtırlatma: Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının “Sentrokaspi diktaturası” və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri – “Qars”, “Ərdəhan” və “Astrabad” Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən “Qars”, “Ərdəhan” və “Astrabad” 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi…