ABŞ-ın hərbi gəmisində baş verən yanğında xəsarət alanların sayı 59-a çatıb

75

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərindəki hərbi-dəniz bazasında dayanan “Bonhomme Richard” hərbi gəmisinin göyərtəsində baş verən yanğında xəsarət alanların sayı 59 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Sakit Okean donanmasının su səthi qüvvələrin idarəsi “Twitter” səhifəsində xəbər verib.

Bildirilir ki, xəsarət alalnların 23 mülkü şəxs, 36-sı isə hərbçidi. Bütün xəsarət alanlara tibbi yardım göstərilib

ABŞ-ın Sakit Okean donanmasının su səthi qüvvələrin idarəsi daha əvvəl 57 xəsarət alan barədə məlumat verib. Yanğın hələ də söndürülməyib.

Gəminin min nəfərdən çox şəxsi heyəti var, lakin hadisə başlayan zaman göyərtədə yalnız 160 hərbçi olub.