Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalara görə, ilin ilk yarısında ölkəyə dəyəri 9 866,04 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2 163,12 min dollar və ya 28,1% çoxdur.
Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 564,86 min dollar təşkil edib ki, bu da illik ifadədə 277,92 min dollar və ya 96,8% çoxdur.