TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 10% azalıb

46

Bu ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 18 826,1 min ton olub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,2% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü  yüklərin 11 217,1 min tonu və ya 59,6% avtomobil nəqliyyatı, 5 450,1 min tonu və ya 28,9% dəmir yolu nəqliyyatı, 2 158,9 min tonu və ya 11,5% dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata əsasən, dəhliz vasitəsilə daşınmış yüklərin 19,5% və ya 3 677,7 min tonunu tranzit yüklər təşkil edib.