ABŞ Hərbi Dəniz Qüvvələrinin desant gəmisində başlanan yanğın 4 gün sonra söndürülüb

35

San Dieqoda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Bonhomme Richard” (LHD 6) universal desant gəmisində baş verən yanğın 4 gün sonra söndürülüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Sakit Okean Donanmasının kontr-admiralı Filip Sobek ABŞ Silahlı Qüvvələrinin sosial şəbəkələrdə birbaşa yayımlanan mətbuat konfransında bildirib.

Artıq atəşin söndürüldüyünü deyən F.Sobek “USS Bonhomme Richard”da yanğının bazar günü baş verdiyini vurğulayıb: “Yanğın gəmiyə texniki  xidmət göstərilərkən başlayıb. Həmin vaxt gəmidə ümumilikdə, təxminən, min nəfər heyət üzvi olub. Yanğın zamanı gəminin göyərtəsində isə 160-a yaxın dənizçi var idi”.

Yanğının söndürülməsi zamanı 60-a yaxın yanğınsöndürən və dənizçi əmələ gələn qatı tüstüdən və üksək temperaturdan müxtəlif dərəcəli xəsarətlər alıb. 

Kontr-admiral əlavə edib ki, yanğın hadisəsi donanmanın döyüş hazırlığına xələl gətirməyib.