Gürcüstanın Vəhşi Təbiət üzrə Milli Agentliyi ölkədə nəsli kəsilməkdə olan sıf balığının (Lucioperca) yetişdirilməsi üçün layihə həyata keçirir.
“Report”un yerli bürosu xəbər verir ki, layihə üçün Azərbaycan Gürcüstana 5-7 santimetrlik 1 000-ə yaxın körpə balıq təqdim edib.
Balıqlar yaradılmış xüsusi gölməçədə saxlanılır və artıq ölçüləri 16-31 santimetrə çatdırılıb.
Çoxaldılandan sonra balıqlar Kür və digər su hövzələrinə buraxılacaq.
Milli Agentlikdən qeyd olunub ki, Gürcüstanın su hövzələrində sıf balığının populyasiyası kəskin azalıb.