Bakı türkmən neftinin emalına başlayıb

33

“Report” xəbər verir ki, bunu Xəzər Siyasi Mərkəzinin (CPC) COVİD-19-un enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Nəsirov bilirib ki, SOCAR Türkmənistandan xam məhsul alaraq Bakıda Neft Emalı Zavodunda emal edir.

Türkmənistanın xam neftindən istehsal olunan təyyarə yanacağı sonradan Avropaya və Əfqanıstana ixrac olunur .

Qeyd edək ki, Türkmənistandan Azərbaycana gətirilən neftin keyfiyyət parametrlərində elə bir problem yaşanmır, o da yüngül neft markasıdır və azkükürdlü hesab edilir.