Keçən ay dəniz nəqliyyatı ilə 25,7 milyon dollarlıq yük daşınıb

35

İyunda dəniz nəqliyyatı ilə ümumilikdə 65 min 723 ton yük daşınıb ki, bu yüklərin dəyəri 25,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 25,3 min ton yükün dəyəri 7,7 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 40 min 358 ton, dəyəri isə 17,9 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır