SOCAR Aşqabadda nümayəndəlik açmaq istəyir

35

“Report” xəbər verir ki, bunu Xəzər Siyasi Mərkəzinin (CPC) COVİD-19-un enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Nəsirov SOCAR-ın Xəzərin şərq hissəsindəki ölkələrlə əməkdaşlığı məsələsinə toxunaraq bildirib ki, Türkmənistan hökumətinə SOCAR-ın Aşqabadda ofisinin açılması artıq təklif edilib. 

Qeyd edək ki, 2015-ci ildən sonra – neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşması fonunda SOCAR xaricdəki nümayəndəliklərini baölamaq haqda qərar vermişdi.